Ötən gün Azərbaycan-Lüksemburq oyunu keçirildi və millimiz oyunu məğlubiyyətlə bitirdi. Azərbaycan millisinin bu cür zəif komanda qarşısında məğlub olmasının səbəbi nədir?
Qol.az saytının baş redaktoru, idman yazarı Aydın Bağırov oyun və nəticə haqqında Yenisabah.az-a danışıb. O, millimizdəki əsas problemin məşqçi ilə bağlı olduğunu qeyd edib:
“Məşqçinin doğru heyət seçə bilməməsi, dünən baş tutan oyuna birbaşa təsir etdi. Eyni zamanda Polşada "Legiya" futbol klubu üçün vacib oyunçu olan və bu mövsüm avrokuboklarda 5 qol vuran Mahir Emrelinin gözlənilmədən ehtiyatda qalması da hər kəsi təəccübləndirdi”. Marqarita pizza
Bağırov nəticəni çox bərbad hesab edir: “Dünənki oyunla birlikdə 3 oyun baş tutub. Oyunların heç birində xal qazana bilməmişik və bu çox bərbad nəticədir. Bununla bağlı etirazları da haqlı sayıram. Hesab edirəm ki, komandada ciddi dəyişikliklərə ehtiyac var. İlk növbədə məşqçi dəyişikliyi olmalıdır. Millimizin məşqçisinin dəyişdirilməsi ilə bağlı çox tələblər irəli sürülüb. Bu günə qədər Azərbaycan Milli Komandasına gələn məşqçilərə yüksək maaş ayrılmasına baxmayaraq, ortada heç bir nəticə yoxdur.
Belə məqamda mraqlı sual yaranır. Əgər xarici məşqçilər nəticə verə bilmirsə, nəyə görə komandaya gətirilirlər?
Biz ümumiyyətlə beynəlxalq yarışlarda nə üçün oynayırıq? Nəticə üçün oynayırıqsa ortada nəticə yoxdur.
Yox, əgər məqsədimiz sadəcə iştirakdırsa, o zaman xarici məşqçiyə nə ehtiyac var? Bizim o qədər yerli məşqçilərimiz var ki, onlarla davam edə bilərik”.
Aydın Bağırov Federasiyanın legioner siyasətindən əl çəkməli olduğunu vurğulayıb: “Bu legioner siyasəti dəyişdirilməlidir. Ən azından seçmə mərhələnin sonu baş məşqçini istefaya göndərib onun yerinə yeni məşqçi gətirmək lazımdır.
Nə görüblər bu xarici məşqçilərdə? Bu qədər pul ayrılır, bahalı müqavilələr bağlanır. Söhbət xarici məşqçilərə xərclənən milyonlarla dollardan gedir. Əvəzində isə heç bir nəticə yoxdur. Məşqçi dəyişikliyinə gedilməlidir. Eyni zamanda mərhələ-mərhələ milli çempionatın səviyyəsinin qaldırılması istiqamətində ciddi işlər aparılmaldır. Çünki səviyyənin aşağı olması bu günün oyunlarına təsir edən amildir.
Milli məşqçilərimiz komandaya gətirildikdən sonra bəlkə Azərbaycan futbolunda işıq görə bilərik. İndiki halda Milli Komanda ilə bağlı işıqlı heç nə yoxdur”.
Mehri Qurban
Telegram kanalımız