Füzuli Beynəlxalq Hava Limanının sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır - AZAL

saytların hazırlanması

Evə çatdırılma

Füzuli Beynəlxalq Hava Limanının sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır - AZAL

Rəsmi

31 May 2021 23:58 1423


İşğaldan azad edilmiş Füzuli şəhərindəki beynəlxalq hava limanının 2021-ci il sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti Etibar Hüseynov deyib.

Onun sözlərinə görə, hava limanının ümumi uzunluğu 4,8 kilometr təşkil edəcək, bunlardan üç kilometri uçuş-enmə zolağı, hər biri 900 metr olan işıqlandırma zonalarıdır. Bu gün hava limanının tikintisi ilə yanaşı, naviqasiya və digər avadanlıqların quraşdırılması işləri aparılır: Dördpendirli pizza

""Zəfər yolu" avtomobil yolunun bu hava limanına çıxışı olacaq. Bununla yanaşı, Zəngilanda hava limanının tikintisinə başlanılıb və Laçında da hava tikintisinə başlanılması planlaşdırılır".

Vitse-prezident qeyd edib ki, hava limanı istifadəyə verildikdə bir terminal fəaliyyət göstərəcək./Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!