Füzulidə AĞIR QƏZA: 2 nəfər öldü, 6 nəfər yaralandı 

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə AĞIR QƏZA: 2 nəfər öldü, 6 nəfər yaralandı 

Hadisə

14 Avqust 2023 19:55 785


Füzuli rayonunda yol qəzası baş verib. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Aşağı Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb. 

“Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü, 1985-ci il təvəllüdlü Salyan şəhər sakini Nəzərov Rəşad Rəşid oğlu, onun sərnişini, 1964-cü il təvəllüdlü Kürdəmir rayon sakini Əhmədov Yaşar Mirzə oğlu ölüb. Qəza nəticəsində 6 nəfər - Salyan rayon sakinləri Mütəllimov Novruz Azər oğlu, Bayramov Elmir Ağaməmməd oğlu, Nağıyev Zeynal Xanhüseyn oğlu, Bərdə sakini Məmmədov Nicat Musa oğlu, Ağstafa sakini Həsənov Elxan Eynur oğlu və Aşurov Məşədi Alı oğlu xəsarət alıb.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!