Füzulidə ağır qəza: 2 ölü, 5 yaralı

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə ağır qəza: 2 ölü, 5 yaralı

Hadisə

13 Sentyabr 2023 10:22 497


Füzulidə ağır yol nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Şaiq Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Qayıdış-5 qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarındakı ağaca çırpıb.

Nəticədə Şaiq Həsənov və avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Məmmədov Fizuli Cehun oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb. pizza mizza

Avtomobildə olan digər sərnişinlər - 2003-cü il təvəllüdlü Məmmədov Abid Elşən oğlu, 2002-ci il təvəllüdlü Zamanov Rəhim Arzuman oğlu, 2001-ci il təvəllüdlü Aslanov Cavanşir Rauf oğlu, 2002-ci il təvəllüdlü Əhmədov Rövşən Xaləddin oğlu və 2000-ci il təvəllüdlü Quliyev Elnur İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!