Füzulidə azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olundu

Maraqlı

20 Dekabr 2022 16:25 758


Füzuli rayonunda azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub. 

Bu barədə "Yeni Sabah"-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Xəyal Quliyev idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb. Dominos pizza

Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib. X.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!