Füzulidə iki qardaş minaya düşdü, biri öldü

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə iki qardaş minaya düşdü, biri öldü

Hadisə

14 Noyabr 2020 18:29 1036


Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan Yenisabah.az-a verilən məlumata görə, bu gün saat 17.00 radələrində Azərbaycan Respublikasının vətəndaşları 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cü il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində  olarkən  minaya düşüb, nəticədə Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Dominos pizza

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!