Füzulidə minaya düşən mülki şəxs vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə minaya düşən mülki şəxs vəfat etdi

Hadisə

01 Yanvar 2021 18:22 698


Xəbər verildiyi kimi, 01 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşmüş və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Zabil Babayevin xəstəxanaya çatdırılıb lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən vəfat edib. pizza sifarişi

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!