Füzulidə xeyli sayda silah-sursat aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə xeyli sayda silah-sursat aşkar edildi

Hadisə

05 İyun 2021 10:28 921


İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 11 ədəd avtomat, 5 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd minaatan komplekti, 1 ədəd “Foqot” markalı tank əleyhinə raket, 11 ədəd əl qumbarası, 23 ədəd avtomat darağı, 6804 ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!