Füzulidə yabanı halda bitmiş çətənə kolları məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə yabanı halda bitmiş çətənə kolları məhv edildi

Maraqlı

14 İyun 2022 12:28 1054


Füzulidə yabanı halda bitmiş 328 ədəd çətənə kolu məhv edilib. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin və Beyləqan rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Marqarita pizza

Tədbir zamanı Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yabanı halda bitmiş 328 ədəd çətənə kolu yandırılaraq məhv olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!