“Füzuli rayonunda işğaldan azad olunmuş və təmas xəttinə yaxın məsafədə yerləşən şəhər və kəndlərdə vətəndaşlara məxsus xeyli fərdi yaşayış evi bugünədək təmir-bərpa olunmayıb. Bunlar Horadiz şəhərində 39 ,Qazaxlar kəndində 35, Əhmədallar kəndində 111,Şükürbəyli kəndində 42,Alxanlı kəndində 123, Kürdmahmudlu kəndində 74 və Mollaməhərrəmli kəndində 3, cəmi 427 fərdi yaşayış evidir . Həmin evlərin sahibləri 27 ildir Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına o cümlədən rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətlər edərək işğal dövrü yandırılmlş və dağıdılmış evlərinin təmir-bərpa olunmasını xahiş edirlər”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat həmin evlərin tezliklə bərpa olunmasının vacibliyini vurğulayıb: “Cənab Baş nazirdən Horadiz şəhərində,Qazaxlar kəndində, Əhmədallar kəndində ,Şükürbəyli kəndində ,Alxanlı kəndində ,Kürdmahmudlu kəndində və Mollaməhərrəmli kəndlərində işğal dövrü yandırılmlş və dağıdılmış,bu günə kimi təmir-bərpa olunmamış 427 fərdi yaşayış evinin və Aşağı Yağlıvənd kəndində və Əhmədallar kəndində hər biri 80 yerlık körpələr evi uşaq baxçasını tikilməsi ücün aidiyyatı köməklik göstərməsini xahiş edirəm".
Telegram kanalımız