Füzulidə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, rayonun 7 №-li Qayıdış qəsəbəsində “T-28” markalı traktora qoşulan iki ədəd qoşqunun yanar hissələri, qoşqulara yığılan altı ton ot bağlaması və yaxınlıqda beş ədəd ağac yanıb. pizza sifarişi
Traktor və əraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız