Füzulidəki hadisə ilə bağlı Prokurorluq məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Füzulidəki hadisə ilə bağlı Prokurorluq məlumat yaydı

Hadisə

02 Fevral 2021 18:25 808


Fevralın 2-də saat 17 radələrində vətəndaşlar 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində B.İmanov həlak olmuş, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

Yenisabah.az xəbər verir ki, bu barədə Füzuli rayon Prokurorluğunun məlumatında deyilir.

Faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır. pizza hut

Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!