Füzulidəki Mərkəzi Kitabxanada yanğın oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Füzulidəki Mərkəzi Kitabxanada yanğın oldu - Foto

Hadisə

05 Fevral 2024 23:49 772


Mədəniyyət Nazirliyi Füzulidə Mərkəzi Kitabxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, yanğın fevralın beşində təqribən saat 18:30 radələrində Füzuli rayon Zobcuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Kitabxanasının inzibati binasında qeydə alınıb.

Yanğın qeyri-iş saatında baş verdiyi üçün əməkdaşlar işdə olmayıblar, bu səbəbdən xəsarət alan yoxdur. pizza sifarişi

FHN-nin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!