Füzuliyə icazəsiz gedən beyləqanlı tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Füzuliyə icazəsiz gedən beyləqanlı tutuldu

Maraqlı

01 Fevral 2022 11:13 506


Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində bir nəfər Beyləqan rayon sakini idarə etdiyi “Qazel” markalı avtomobillə nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə daxil olmağa cəhd edib.

Onun bu əməlinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxsin məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq barəsində toplanmış materiallar aiddiyyəti üzrə rayon məhkəməsinə göndərilib.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!