Füzuliyə qanunsuz keçənlər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Füzuliyə qanunsuz keçənlər həbs olundu

Maraqlı

20 Fevral 2023 15:44 789


Mina və digər partlayıcı vasitələrdən təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib. 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub. Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. 

Onların hər biri 20 gün müddətinə inzibati qaydada həbs olunub.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!