Fyodr Bondarçuk İlham Əliyevə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Fyodr Bondarçuk İlham Əliyevə təşəkkür etdi

Sosial

14 İyun 2025 12:18 360


“İrandan sərhəd vasitəsilə Azərbaycana keçidimizin təmin edilməsinə göstərilən yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Astara sərhəd-buraxılış məntəqəsində jurnalistlərə açıqlamasında Rusiyanın xalq artisti, rejissor Fyodr Bondarçuk deyib.

O bildirib ki, bu prosesdə Rusiyanın İrandakı Səfirliyinin əməkdaşları da kömək edib: “Onlar bizi sərhədə qədər müşayiət etdi. Rusiyanın Mədəniyyət Nazirliyi, “Национальная Медиа Группа”nın əməkdaşları da dəstəyini əsirgəmədi. pizza

Qrupda olan 90 nəfərin hamısı sağ-salamatdır. Onların bir qismi bugünkü təyyarə ilə uçacaq, digər qismi isə Bakıda qalacaq və bir qədər sonra uçacaq. Hamımız yorulmuşuq. Mən sizə də təşəkkür edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!