“Gah öldüyümü yazırlar, gah da evə buraxıldığımı” - Niyaməddin Musayev

saytların hazırlanması

Evə çatdırılma

“Gah öldüyümü yazırlar, gah da evə buraxıldığımı” - Niyaməddin Musayev

Şou

15 Aprel 2021 23:37 1114


Bu gün yerli mediada Xalq artisti Niyaməddin Musayevin vəziyyətinin pisləşməsi və ölüm xəbəri yayılıb.

Yenisabah.az xəbər verir ki, xəbərlərin nə dərəcədə həqiqət olduğunu öyrənmək üçün News24.az müğənni ilə əlaqə saxlayıb.

O, bildirib ki, bütün bunlar şayiədir: Dominos pizza

“Xəstəxanadayam, müalicələrim davam edir. Ümumi vəziyyətim pis deyil. Günü-gündən daha da yaxşı oluram. Yəni, irəlləyiş var. Peşəkar həkimlərimiz sağ olsun. Nə yaxşı ki bu cür dövlətin vətəndaşıyam. Amma gün ərzində gic-gic xəbərlər oxuyuram. Gah öldüyümü yazırlar, gah da evə buraxıldığımı. Bunlar hamısı yalandır. Sevənlərimə böyük təşəkkürümü bildirirəm ki, daim diqqətlərindəyəm. Hər kəs narahatdır, mənə görə dua edirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!