Ötən həftə “Ankaragücü” səfərində 23-cü çempionluğunu elan edən “Galatasaray”ın “Fenerbahçe” ilə çıxacağı qarşılaşmada hakimlər heyəti bəlli olub.
Yenisabah.az xəbər verir ki, oyunu tanınmış referi Abdulkadir Bitigen idarə edəcək.
39 yaşlı hakim bundan öncə “Fenerbahçe”nin 3:1 darmadığın etdiyi “Trabzonspor” matçı, eləcə də qolsuz bərabərliklə yekunlaşan “Galatasaray”-“Beşiktaş” maçlarında ədalət təmsilçisi olub. Pepperoni pizza
Xatırladaq ki, Türkiyə Super Liqasının sonuncu - 37-ci həftəsində baş tutacaq derbi “Galatasaray” üçün formal xarakter daşıyır. “Fenerbahçe” isə 11 iyunda “Ziraat” Türkiyə Kubokunda “İstanbul Başakşehir” ilə qarşılaşacaq.
Telegram kanalımız