“Game of Thrones”da türk aktyor - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Game of Thrones”da türk aktyor - Foto

Şou

08 İyul 2019 08:40 1676


Tamaşaçılara “Diriliş Ertuğrul” və “Payitaht Abdülhamid seriallarından tanış olan aktyor Alper Atak  dünyanın ən çox izlənilən serialı “Game of Thrones”un film versiyasında rol alacaq.

“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, aktyor təklif gələn kimi ABŞ-a gedib və filmin işçi heyəti ilə görüşüb.

O, filmdə hansı obrazı canlandıracağını açıqlaya bilməyəcəyini deyib:

 “Filmdə mənimlə birgə işləyəcəklərini bildirdilər, çəkiliş üçün xəbərlərini gözləyirəm. Oynayacağım rolu müqaviləyə əsasən açıqlaya bilmərəm”.

Alper Atak ötən il San-Fransisko Dövlət Universitetinin teatr fakültəsində 6 ay dərs aldığını xatrıladıb. Onun sözlərinə görə, “Game of Thrones” filminin heyəti onunla San-Fransiskodakı müəllimlərindən birinin vasitəsilə əlaqə saxlaya bilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!