Gecə Naxçıvan sərhədində atışma olub

saytların hazırlanması

Evə çatdırılma

Gecə Naxçıvan sərhədində atışma olub

Hadisə

09 Avqust 2021 10:34 1347


Avqustun 9-u saat 00:10-dan 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!