Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun İnəkboğan kəndində qeydə alınıb.
Kənd sakini Hüseynov Güloğlan İlham oğlu qarnının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Pepperoni pizza
Məlumata görə, G.Hüseynov tanıdığı şəxslə münaqişə zamanı bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız