Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partladı

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partladı

Hadisə

13 Noyabr 2023 19:48 939


Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonu, Novoivanovka kəndinə yaxın ərazidə baş verən yanğın zamanı mina partlayıb.

“Report”un Qərb bürosunun məlumatına görə, yanğın hələ də davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi və digər qurumların əməkdaşları cəlb olunublar. Marqarita pizza

Yanğın həmsərhəd ərazidə baş verdiyindən, həmçinin mina təhlükəsi nəzərə alınaraq yanğına tam müdaxilə etmək hələlik mümkün olmayıb. Alovun Novoivanovka kənd ərazisinə keçməməsi və təhlükənin artmaması üçün tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!