Gədəbəydə qar uçqunu: 2 hərbçimiz itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəydə qar uçqunu: 2 hərbçimiz itkin düşdü

Hadisə

19 Mart 2025 16:27 706


Azərbaycan hərbçiləri Gədəbəydə qar uçqununa düşüblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında qeyd olunub.

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər. Sezar pizza

Hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal zəruri axtarış tədbirlərinə başlanılıb. Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!