Gədəbəydə toy mərasiminin keçirilməsinin qarşısı alındı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəydə toy mərasiminin keçirilməsinin qarşısı alındı - Fotolar

Hadisə

03 Aprel 2021 18:26 855


Gədəbəydə toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə Gədəbəy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıələkbərli kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!