Gədəbəydə yük maşını körpüdən aşdı: Ölən və xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəydə yük maşını körpüdən aşdı: Ölən və xəsarət alan var

Hadisə

29 Avqust 2023 15:24 417


Gədəbəydə yük maşını körpüdən aşıb, ölən və xəsarət alan var. 

Yenisabah.az bildirir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb. 

Belə ki, həmin kənd sakini, 1973-cü il təvəllüdlü Ramiz Aydın oğlu Rzayevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1983-cü il təvəllüdlü Azər Zülfüqar oğlu Quliyev isə ağır bədən xəsarətləri alıb.  pizza mizza

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, qəzaya sürücünün sükan arxasında yuxuya getməsinin səbəb olduğu ehtimal olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!