Gədəbəyə yağan güclü qar çətinlik yaratdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəyə yağan güclü qar çətinlik yaratdı - Video

Rəsmi

08 Mart 2021 21:48 995


Yağan qar dağlıq rayonlarda nəqliyyatın hərəkətində problemlər yaradıb.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy rayonu istiqamətində hərəkətdə olan, qoşqulu yük avtomobili yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb.

Dərhal ərazidə xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müəyyən tədbirlər həyata keçirib. pizza

Belə ki YPX əməkdaşlarının gördüyü təhlükəsizlik tədbirləri nəticəsində yolun müəyyən hissəsi bir müddətlik hərəkətə bağlanıb, asfalt örtüyünün qardan təmizlənməsi üçün işlər görülüb. Nəticədə yük avtomobili hərəkətini bərpa edərək yoluna davam edə bilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!