“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?

saytların hazırlanması

Evə çatdırılma

“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?

Sosial

21 Avqust 2025 17:28 26769


“Ekspertlər, mətbuat illərdir bir mövzunu dönə-dönə gündəmə gətirib ki, nəqliyyatda diferensial tariflər tətbiq olunsun. Tarif Şurası da, digər aidiyyəti qurumlar da susur. Əksinə, görürük ki, nəqliyyat sisteminə yenidən dövlət qurumu nəzarəti artır, paytaxtdaxili və rayonlara istiqamətlənən bir sıra marşurt xətləri “Baku Bus” MMC-nin sərəncamına verilir”.

Bu sözləri "Yeni Sabah"a iqtisadçı Allahverdi Aydın deyib.

O bildirib ki, dünyanın əksər ölkələrində, o cümlədən qonşu dövlətlərdə nəqliyyat tarifləri gedişə və zamana görə müəyyənləşdirilir: pizza sifarişi

“Bilmirəm, bəlkə də Afrika ölkələrində bu sistemə keçməyiblər. Məsələn, Gürcüstanda illik kartlar var və onu alaraq limitsiz istifadə etmək olar. Türkiyədə hətta bəzi sosial qruplar, tələblələr, təqaüdçülər üçün ayrı nəqliyyat kartları nəzərdə tutulub. Ötən ilin sentyabrından etibarən Ermənistan da bu sistemə keçdi. Yəni nəqliyyatın diferensiallaşdırılması bütün dünyada tətbiq olunan bir təcrübədir.

Təəssüf ki, Azərbaycanda bunu etmirlər. Bunun səbəblərini həmin sahə üzrə qərar verən məsul şəxslər izah etməlidir. İllərdir deyirik ki, bu sahə rəqabətdə olmalıdır. Özəl şirkətlər nəqliyyat sisteminə cəlb edilməlidir. Məsələn, Türkiyə və Ermənistan təcrübəsindən görmək olar ki, bələdiyyə ictimai nəqliyyata nəzarət edəndə daha effektiv olur. Azərbaycanda yenilik yoxdur və nəticə olaraq, təəssüf ki, nəqliyyat qiymətləri regionlar ölkələri ilə müqayisədə bahadır.

Həm də maraqlı odur ki, ölkəmizdə yanacaq qiymətləri digər ölkələrlə müqayisədə aşağıdır. Buna baxmayaraq, tariflər kifayət qədər yüksəkdir”. 

Ekspert qeyd edib ki, əgər nəqliyyat sistemindəki problemləri həll etmək üçün mütləq diferensial tariflərə keçmək lazımdır:

“Bəzi özəl şirkətlər açıqlama vermişdi ki, mövcud qiymətlər onların xərclərini ödəmir. Amma aydın məsələdir ki, Azərbaycanda gediş haqqı xeyli yüksəkdir. Onlar maliyyə hesabatlarını ortaya qoymalı və açıq şəkildə göstərməlidirlər ki, bu xərclər niyə ödənmir və hansı xərc maddələri var.

Bütün bunlar şəffaf olsaydı, daha açıq fikir söyləmək olardı. İndiki halda, əgər nəqliyyat sistemindəki problemləri həll etmək istəyiriksə, mütləq diferensial tariflərə keçmək lazımdır.

Bir dəfə təklif etmişdim ki, birdəfəlik gedişi 1 manata qaldırmaq olar. Amma gündəlik olaraq, nəqliyyatdan bir neçə dəfə istifadə edənlər üçün bu qiyməti 25 qəpiyədək endirmək mümkündür. Nəticədə həmin şəxs ictimai nəqliyyata yenə gündəlik 1 manat vəsait xərcləyəcək. Mən hesab edirəm ki, ictimai nəqliyyatda tariflərin diferensiallaşdırılması mütləq ehtiyacdır”.

Qeyd edək ki, Cənubi Qafqaz ölkələri arasında ictimai nəqliyyatda ən yüksək gediş haqqı Azərbaycandadır (0.29 sent = 50 qəpik). Gürcüstanda bu rəqəm 10 qəpik (0.06 sent), Ermənistanda isə 27 qəpik (0.16 sent) təşkil edir. Digər qonşu ölkələrdə isə vəziyyət qiymətlər bu cürdür: Rusiya – 19 qəpik (0.11 sent), Türkiyə - 48 qəpik (0.28 sent), İran – 15 qəpik (0.09 sent)

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sevda
    Bəzi xarici ölkələr var ki,nəqliyyatdan istifadə pulsuzdur,hətta turistlərə belə.Onlardan misal çəkin. Bizdə hər zaman ağlaşmadır,kiminsə cibi boş qalır.İşləməyəni,az maaş alanı, pensiya alani və s.(saymaqla bitmir) fikirləşən yoxdur.
    9 months ago
  • Elşən
    Qaldırın 1 manat nədi 2 manat da edə bilərsiz düz edirsiz xalqın ağzını qaşıyın xalq gözünü döyür siz də ermənilərə birdəfəlik pensiya, qaz havayı verin
    9 months ago
  • Ziya
    maaşlar azalır qiymətlər qalxır. hələ belə analoqu olmayan ölkə görməmişəm.
    9 months ago
  • Teyyub Vəliyev
    Qiymət qaldırmaqdan Marşurut xəttində olan nasaz avtobusları,intizamsız sürücüləri xəttən kənarlaşdırın.Faiq Xaliqoğlu xarab,kondisioner sistemi işləməyən avtobusları xəttə buraxıb camaatın cibinə girir. Bunları həll edin sonra qiymət qaldırın
    9 months ago
  • RAHİM
    BİZ NİYƏ Erməni və gürcülərdən GERİDƏ QALIRIQ?
    9 months ago
  • RAHİM
    DƏRƏBƏYLİK OLAN MƏMLƏKƏTDƏ MƏMURLAR XALQI YOX, ÖZ SƏRVƏTLƏRİNİ DÜŞÜNÜRLƏR. BUDURMU QALİB DÖVLƏTİN MƏMUR ÖZBAŞNALIĞI? M.Ə. SABİR DEMİŞKƏN.XALQ TALAN EDİLİR, MƏMUR İSƏ BUNDAN HƏZ ALIR.
    9 months ago
  • Bozkurt
    Qaldırın qaldırın, görək hara qədər qaldıracaqsız, bu xalq yatmış xalqdır, gediş haqqını 1 manat eləsəzdə camaat səsini çıxarmayacaq, onnansa taksi ilə gedərəm daha yaxşı,
    9 months ago