“Gələcək oyunlar üçün dərs çıxarmalıyıq” - “Kəpəz”in baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Gələcək oyunlar üçün dərs çıxarmalıyıq” - “Kəpəz”in baş məşqçisi

İdman

10 May 2024 23:16 846


“Məncə, çox danışılası bir şey yoxdur”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Premyer Liqasında XXXIV turun “Neftçi” - “Kəpəz” qarşılaşmasından sonra qonaqların baş məşqçisi Adil Şükürov deyib.

Mütəxəssis böyükhesablı məğlubiyyət barədə danışıb: Sezar pizza

“Məncə, çox danışılası bir şey yoxdur. Məğlub olduq. Bundan gələcək oyunlar üçün dərs çıxarmalıyıq. Sürətimiz çatmadı. Oyunun ilk hissəsində sürətli hücumlarla irəli çıxa bildik. Qol epizodları yaratdıq. İkinci hissədə sürətimiz düşdü. Buna görə də bu cür nəticə qeydə alındı”.

Qeyd edək ki, turun açılış matçında “ağ-qaralar” Gəncə klubuna 5:1 hesabı ilə qalib gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!