Əlilliyi olan şəxslər günü: Sosial Xidmətlər   Agentliyindən məlumat

saytların hazırlanması

Evə çatdırılma

Əlilliyi olan şəxslər günü: Sosial Xidmətlər Agentliyindən məlumat

Sosial

18 Noyabr 2025 10:36 25860


3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik yardım verilə bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən  "Yeni Sabah"a bildirilib.

"3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar əlilliyi olan vətəndaşlarımız müraciət üçün Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin sxa@sosial.gov.az elektron ünvanına göndərə bilərlər. Qeyd edək ki, sözügedən maddi yardımla bağlı müraciətlərə növbəlilik qaydasında baxılacaq", - deyə məlumatda qeyd olunur. Dördpendirli pizza

2025-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda əlilliyi olan şəxslərin sayı 498 min 442 nəfərdir. Bu rəqəm 2023-cü illə müqayisədə 5243 nəfər (1%) azdır. Əlilliyi olan şəxslərin əksəriyyəti (454 min 944 nəfər) 18 yaşdan yuxarıdır, onların arasında 64 min 187 nəfərin orqanizminin funksiyaları 81-100% pozulmuşdur. Əlilliyi olan uşaqların sayı isə 43 min 498 nəfərdir. 

Ümumi əlilliyi olan şəxslər: 498,442

18 yaşdan yuxarı əlilliyi olan şəxslər: 454,944

Əlilliyi olan uşaqlar (18 yaşa qədər): 43,498

Orqanizmin funksiyaları 81-100% pozulmuş şəxslər: 64,187

Orqanizmin funksiyaları 61-80% pozulmuş şəxslər: 265,128

Orqanizmin funksiyaları 31-60% pozulmuş şəxslər: 125,629 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İlqar İmanlı
    Olmazmı ay DSMF her il o pulu ele əlilliyi olanların təqaüd kartına yukləyəsiniz sistemdə zaten hər kes görünür əlliliyidə zəlliliyidə qeyd olunubda yoxsa milləti yığıb tokulubüsünüz ora yaşli bilmirler qadın bilmirlər basa bas millet bir birinin belinə çıxır dırmaşır. Sənət qəbulu edenlerde 5 nefer ola olmaya besdirində bu millətin canına qənim kəsildiz Allaha baxın bir qorxun Allahdan insafınız olsun da her il hər il eyni şey təkrar olunur DSMF
    6 months ago
  • İlqar İmanlı
    Olmazmı ay DSMF her il o pulu ele əlilliyi olanların təqaüd kartına yukləyəsiniz sistemdə zaten hər kes görünür əlliliyidə zəlliliyidə qeyd olunubda yoxsa milləti yığıb tokulubüsünüz ora yaşli bilmirler qadın bilmirlər basa bas millet bir birinin belinə çıxır dırmaşır. Sənət qəbulu edenlerde 5 nefer ola olmaya besdirində bu millətin canına qənim kəsildiz Allaha baxın bir qorxun Allahdan insafınız olsun da her il hər il eyni şey təkrar olunur DSMF
    6 months ago
  • Cavidan
    Elə 30 manat? Gülməlisiz...
    6 months ago
  • Jalə
    Ərizə nümünəsini hardan əldə edə bilərik
    6 months ago
  • Sadiqova Sekine Musa qizi
    Salam men sadiqova sekine musa qizi xaiw edirem mene komek edin menim gozlerim hec gormur Gozlerimin agrisindan olurem imkanim yoxdu hec yere gede bilmirem
    6 months ago
  • Aynur
    Oğlum 1ci qrup əlildir ömürlük sənət verilib bizdə arayış verməliyik?
    6 months ago
  • Zəminə Cəfərova
    Sumqayıt şəhər sakini Cəfərova Zəminə.Bilmək istəyirəm ki.yardım üçün ayrılan 30 manat hər il bir adam üçün şamil edilir yoxsa bir alana növbəti il üçün ayrılan yardıma 30 manat düşmür,Nə üçün sənəd verdiyim halda ayrılan yardımı ala bilmirəm.64 yaşım var heç vaxt heç bir yardım almamışam.Özümdə 2-ci qrup əlilliyim var.Tək bir dəfə 2024-cü ildə aldım.Bu il deyirlər ki.kecən il alanlara düşmür.Bu nə dərəcədə düzgündür?Olmaz ki həmin yardım pensiyaların üstünə hesablansın?Bura Azərbaycandır.........
    6 months ago