Gələn ay miqrant uşaqları üçün qadağa qüvvəyə minir - Azərbaycanlılar nə edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Gələn ay miqrant uşaqları üçün qadağa qüvvəyə minir - Azərbaycanlılar nə edəcək?

Dünya

29 Mart 2025 16:53 497


Aprel ayında Rusiyada rus dilini bilməyən miqrantların uşaqlarının məktəblərə qəbuluna qoyulan qadağa qüvvəyə minəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz "Telegram" kanalında yazıb.

Spiker bildirib: “Onlar ümumtəhsil müəssisəsinə daxil olarkən ölkəmizin ərazisində olmalarının qanuniliyi, habelə rus dilini bilmə səviyyəsi yoxlanılacaq”. pizza sifarişi

Dövlət Duması rəhbərinin sözlərinə görə, bu, həm uşağın özü, həm onun sosial uyğunlaşması, həm də məktəb kurikulumunu uğurla mənimsəməsi, həm də sinif yoldaşları və müəllimləri üçün vacibdir.

Ötən il dekabrın sonunda Rusiya prezidenti Vladimir Putin rus dili imtahanından kəsilən miqrantların uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanunu imzalayıb.

 

Xəbərlər Ar


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!