“Ukrayna böhranı ilə əlaqədar tədarük zəncirinin pozulması gübrə çatışmazlığına gətirib çıxaracaq və fermerləri kifayət qədər məhsul əldə etmək imkanından məhrum edəcək”.
Yenisabah.az xəbər verir ki, bu barədə Almaniyanın “Compact” nəşrinin məqaləsində deyilir.
Qəzet transmilli kimya və əczaçılıq korporasiyası “Bayer AG”nin baş icraçı direktoru Matthias Berningerdən sitat gətirir: "Gələn il bəşər tarixində ən böyük qida böhranlarından biri olacaq". pizza sifarişi
Onun fikrini iqtisadçı Matin Kaim bölüşür və o, yüz milyona qədər insanın qlobal aclığın əsiri ola biləcəyini söyləyir. BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bizlinin sözlərinə görə, ərzaq çatışmazlığı geniş miqrasiya axınına gətirib çıxaracaq və bunun yanında 2015-ci ilin böhranı “yay tətili kimi olacaq”.
Telegram kanalımız