Gələn ilin ən yüksək keçid ballı ixtisası bu olacaq - DİM açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Gələn ilin ən yüksək keçid ballı ixtisası bu olacaq - DİM açıqladı

Sosial

09 Avqust 2019 08:26 1208


Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. 

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Universitetlərinə 42062 nəfər abituriyent  (həmçinin subbakalavrlar )qəbul olunub. 5785 yer boş qalıb.17820 tələbə dövlət sifarişi əsasında, 24242 tələbə isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Kolleci bitirən 3542 nəfər məzun (subbakalavr) imtahansız Azərbaycan Universitetlərinə qəbul olunub. Onlardan 586 nəfəri dövlət sifarişli qəbul olunub. Toyuqlu pizza

Cavablar çıxdıqdan sonra Azərbaycan Universitetləri üzrə növbəti il üçün ən yüksək keçid ballı ixtisas müəyyənləşib. Bu ixtisas Bakı Ali Neft Məktəbi - İnformasiya təhlükəsizliyi ixtisasıdır (673 bal).

Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) 15 - 27 avqustda baş tutacaq.Boş qalan yerlərə ixtisas seçimi 15 - 19 avqustdur.

Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23 avqust - 2 sentyabrdır.

Təhsil müəssisələrinə qeydiyyat üçün lazım olan sənədlər aşağıdakılardır:

1. Orta təhsil haqqında sənəd (attestat), subbakalavrlar (kollec) diplomu;

2. 4 foto (ölçü 3x4sm);

3. Tibbi arayış (sağlamlıq haqqında);

4. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün);

5. Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti;

6. Tələbənin FİN kodu və parolu (iş nömrəsi);

7. Ağ qovluq (Sənədlər üçün).

18 yaşa çatmamış tələbələrlə müqavilə bağlanması üçün valideynlərindən birinin qeydiyyatda iştirakı mütləqdir.

Qanunda nəzərdə tutulan ödənişdən azad olunanlar ödənişdən azad olunmalarını təmin edən sənədin əslini təqdim etməlidirlər.

Bəzi ali təhsil müəssisələri əlavə sənəd tələb edə bilərlər. Bu barədə məlumatı həmin ali təhsil müəssisələrindən (facebook səhifələrindən həmçinin) əldə edə bilərsiniz.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!