Gələn il İrəvanda Pakistan səfirliyi açılacaq

saytların hazırlanması

Evə çatdırılma

Gələn il İrəvanda Pakistan səfirliyi açılacaq

Dünya

03 Dekabr 2025 15:34 373


İKi ölkənin diplomatik nümayəndələri Pakistanın Ermənistanda səfirliyinin açılması üzərində fəal işləyirlər.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, səfirliyin gələn il açılması planlaşdırılır.

Ermənistan XİN məlumatı təkzib etməyib: “Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalamaqla Ermənistan və Pakistan hökumətləri Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq qarşılıqlılıq əsasında diplomatik münasibətlərin qurulması məqsədi ilə nümayəndələr mübadiləsi və bir-birlərinə lazımi yardım göstərilməsi barədə razılığa gəliblər".  Pepperoni pizza

Xatırladaq ki, Ermənistanla Pakistan arasında diplomatik münasibətlər 2025-ci il avqustun 31-də qurulub. Həmin gün Çində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!