Gələn il Rəşt-Astara dəmir yolunun inşası başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Gələn il Rəşt-Astara dəmir yolunun inşası başlayacaq

Dünya

05 Noyabr 2025 16:07 404


Rusiya 2026-cı ilin əvvəlində İranın şimalında çoxdan gözlənilən dəmir yolu layihəsinin tikintisinə başlayacaq.

"Yeni Sabah" mehr-ə istinadla xəbər verir ki, bunu İranın Yollar və Şəhərsalma Nazirliyinin sözçüsü Əmin Tərfa bildirib.

Rəşt-Astara dəmir yolu üçün torpaqların alınmasının 2025-ci ilin sonuna qədər başa çatdırılması gözlənilir. Torpaq alınmasına 75 milyon dollar xərclənəcək. pizza

Dəmir yolunun tikintisinə Rusiyanın “Caspian Service” investisiya və tikinti şirkəti cavabdehdir.  Layihənin sifarişçisi MRUD-un törəmə şirkəti olan İranın Nəqliyyat İnfrastrukturunun Tikinti və İnkişafı Şirkətidir (CDTIC).

2026-cı ilin əvvəlində tikintiyə başlanılması layihənin maliyyələşdirilməsi üçün Rusiya 1,6 milyard dollar kredit ayırıb.

Layihənin maliyyələşdirilməsi və tikintisi ilə bağlı saziş 2023-cü ilin mayında İranın keçmiş prezidenti İbrahim Rəisi ilə Rusiya prezidenti Vladimir Putin arasında imzalanıb.

Rusiya 162 kilometrlik dəmir yoluna Hind okeanını Baltik dənizi ilə birləşdirən əsas ticarət marşrutu olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas halqası kimi baxır.

İran Rusiya kreditini 10 il ərzində 3% faizlə ödəyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!