Gələn ildən manat dollar məzənnəsi necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Gələn ildən manat dollar məzənnəsi necə olacaq?

İqtisadiyyat

20 Oktyabr 2019 08:16 2960


Gələn il Azərbaycanda manatın ABŞ dollarına məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır.

"Yeni Sabah" xəbər verir ki, "Trend"in məlumatına görə, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Bu layihələrə əsasən, ötən ildə olduğu kimi məzənnə dayanıqlılığının təmin olunması və istehlak qiymətlərinin indeksinin (inflyasiya) təkrəqəmli səviyyədə saxlanılmasına nail olunub. Bu əsasda 2019-cu ilin yanvar-avqust ayları ərzində manatın ABŞ dollarına nisbətdə məzənnəsi 1.7 AZN, inflyasiya isə 2,6 faiz təşkil edib. Dominos pizza

Bütövlükdə, tədiyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Buna görə də 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!