Gələn il Novruz və Ramazan bayramları eyni günə düşəcək -   Ardıcıl 11 gün iş olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Gələn il Novruz və Ramazan bayramları eyni günə düşəcək - Ardıcıl 11 gün iş olmayacaq

Sosial

02 Dekabr 2025 17:20 999


Gələn ilin mart ayında Azərbaycanda ardıcıl olaraq 11 gün qeyri-iş günü olacaq.

“Yeni Sabah” xəbər verir ki, bu, 2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri ilə bağlı təqvimdən irəli gəlir.

Belə ki, Nazirlər Kabineti gələn ilin bayram günlərini müəyyən edib.   pizza mizza

2026-cı il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20-21-i Ramazan bayramıdır.

Martın 21-i şənbə, 22-si isə bazar günüdür.

Əmək Məcəlləsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Ona görə də martın 25-26-sı (çərşənbə və cümə axşamı) qeyri-iş günləri sayılacaq.

Gələn il martın 20, 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Qanunvericiliyin tələbinə əsasən, növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq. 

Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!