Əməkdar artist Dilarə Əliyeva gəlin-qayınana münasibətlərindən danışıb.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Söhbət var” proqramında bu barədə danışan sənətçi qayınanası ilə yaşayan gəlinlərin ondan icazə almalı olduğunu deyib:
"Qayınana ilə bir evdə yaşayırsansa, borcundur nə addım atırsansa, nə planlayırsansa, evdəki böyüklə məsləhətləşəsən. Evdən çıxıb harasa getməlisənsə, zəhmət çək yoldaşından əvvəl qayınandan icazə al. Hörmət saxlamaq başqa necə olur? Gəlin var evdən gedir, qayınanaya demir. Kollektiv yaşamağa öyrəşməlisiniz. Evdə ola bilməz ki, öz paltarını yuyub, qayınananınkın yumayasan. Özündən əvvəl qayınananı düşünməlisən. Evə getmək havası ilə gələn gedəcək. Nə edirsən et, gedəcək. Yola getmək istəyən isə o tərəfinə, bu tərəfinə keçəcək, bir üsulunu tapıb yaşayacaq". Sezar pizza
Telegram kanalımız