"Çox şeyləri danışmaq istəmirəm. Çünki evimdə üç uşaq: bir qız, iki oğlan böyüyür. Danışsam, onlar məktəbdə xəcalət çəkəcəklər".
Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.
O, 5 ildən çoxdur qalmaqal yaşadığı və məhkəmələrdə çəkişdiyi keçmiş gəlini Canananın (Aynur Vaqifqızı) oğlu Kərimlə tanış olmasından danışıb: Sezar pizza
"Keçmiş gəlin mənim övladımı tora salıb. Uşaqlarım 8-ci sinifdə oxuyanda özləri məktəbə gedib gəlirdilər. Onları heç kim aparıb, gətirmirdi. Övladlarıma dayə yox, bacım baxıb. Övladımın arxasıyca məktəbə gəlib deyirdi ki, sənin anan Mətanət İsgəndərlinin fanatıyam. Uşağımı yoldan çıxarıb.
10 il oğlum Kərimin böyüməyini gözləyib. Oğlum orta məktəbi, universiteti və hərbi xidməti başa vurdu, amma ondan əl çəkmədi. 21 yaşında qadın 8-ci sinifdə oxuyan oğlan uşağını sevə bilər?
Yazıq oğlum Kərim ailə qurub və onun başına bu hadisələr gəlib. Mən evimə gəlin gətirdim ki, sevinim. Gətirmədim ki, düşmən olsun. Bütün dünyada ər-arvad boşanır və sakitcə ayrılırlar. 5 ildir ki, onlar boşanıblar. Amma gəlin bizdən əl çəkmir. Əl çək bizdən! Sən bizim qəsdimizə durub, öldürmək istəyirsən? Allah izin verməsə, biz ölməyəcəyik".
Telegram kanalımız