Sosial mediada paylaşılan “qırmızı kəmər” videosu qısa müddətdə gündəmə çevrilib.
Yenisabah.az xəbər verir ki, X platformasında paylaşılan görüntülərdə gəlinlik geyinmiş gənc qadın anası və nənəsi ilə söhbət edərkən görüntülənib. Qırmızı kəmər taxmaq istəməyən gəlin nənəsi ilə söhbəti sosial şəbəkədə paylaşıb. Videoda nənəsi qızdan niyə qırmızı kəmər taxmaq istəmədiyini soruşur. O isə cavabında “Mən qurbanam ki, qırmızı bağlayasız” deyib.
Bu adəti mənasız və gərəksiz hesab edən gənc qızın sözləri cəmiyyətdə mübahisə doğurub. Paylaşıma fikir bildirənlər “Təsəvvür elə, uşaq böyüdürsən, sonra o uşaq sənə hər şeyi haram edir” kimi şərhlər yazıblar. Dominos pizza
Həmin videonu təqdim edirik:
Telegram kanalımız