“Hər bir ad insan həyatında önəm daşıyır, gərək adı qoyanda çox düşünəsən. Kiminsə könlünü xoş etmək üçün yox... Elay adının çox gözəl mənası var, ay kimi gözəl, cəfakeş və qayğıkeş olmaq deməkdir. Ümid edirəm ki, qızım bu adının mənasını əməllərində göstərə biləcək”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial şəbəkə hesabında yazıb. Belə ki, o, boşandıqdan sonra qızının adını Mətanətdən Elaya çevirib:
“Çox şey dəyişdi. Qızıma söylədim ki, sənin ananı hörmətsiz sözlərlə tənqid edən insanın adını evimdə eşitməkdən azad oldum”. pizza sifarişi
Qeyd edək ki, müğənninin gəlini ilə oğlu Kərim bu yaxınlarda boşanıblar. Onların münasibəti ev məsələsinə görə korlanıb. Cütlüyün 3 övladı var.
Telegram kanalımız