Dörd uşaq anasını baltalayaraq qətlə yetirən Məhərrəmov Firdovsi Əkbər oğlunun həbs qətimkan tədbiri yenidən uzadılacaq.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilən F.Məhərrəmov məhkəmə prosesinə Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzri sədrlik edəcək.
Xatırladaq ki, ağır cinayət hadisəsi 2019-cu il sentyabr ayının 22-də saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin birində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Füzuli rayonunda anadan olmuş, orta təhsilli, əvvəllər məhkumluq həyatı yaşamış Firdovsi Əkbər oğlu Məhərrəmov gəlini 1989-cu il təvəllüdlü, 4 uşaq anası Cəmilə Fərhad qızı Məhərrəmovanı baltalayıb. Pepperoni pizza
Belə ki, Firdovsi gəlininin başına balta ilə bir neçə zərbə endirib. Qadın yerindəcə keçinib. Məlumat daxil olan kimi Xəzər rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Hadisə yerindən üzərində qan ləkələri olan balta tapılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində gəlinini baltalayıb öldürən Firdovsi Əkbər oğlu Məhərrəmov tutulub. O, dindirilərkən, törətdiyi cinayəti etiraf edib və bildirib ki, gəlinini qısqanclıq zəminində öldürüb.
Qeyd edək ki, gəlini öldürən Firdovsi Məhərrəmov zorlama cinayəti törətdiyinə görə məhkumluq həyatı yaşayıb və azadlığa təzəcə çıxıbmış.
Azər İsrafilov
Telegram kanalımız