Liviya sahillərində Avropaya getmək istəyən qaçqınları daşıyan gəmi batıb.
Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin Miqrasiya Agentliyi açıqlama verib. Məlumata görə, hadisə nəticəsində azı 74 nəfərin həyatını itirdiyi güman edilir.
Qeyd edək ki, gəmidə arasında qadın və uşaqlarla birgə 120 nəfər olub. Dördpendirli pizza
Liviya Sahil Təhlükəsizliyi və balıqçılar tərəfindən 31 nəfər xilas edilib.
Bildirək ki, 2004-cü ildən bəri Avropaya getməyə çalışan 20 mindən çox qaçqın Aralıq dənizində həyatını itirib.
Telegram kanalımız