Gəmi fəlakətindən sonra heyvan ölümlərinin sayı artır - Rəqəmlar

saytların hazırlanması

Evə çatdırılma

Gəmi fəlakətindən sonra heyvan ölümlərinin sayı artır - Rəqəmlar

Dünya

03 İyul 2021 11:44 955


Mayın 20-də Şri-Lankada kimyəvi maddələrlə dolu gəminin yanması və batması nəticəsində  tələf olan dəniz canlılarının sayı hər gün bir az da artır.

Yenisabah.az xəbər  verir ki, “X-Press Pearl” adlı gəmi batdığı gündən bəri 176 tısbağa, 20 delfin və 4 balina tələf olub.

Məsələ ilə bağlı mətbuata açıqlama verən Şri-Lanka Ekologiya naziri Mahinda Amaravera bildirib ki, Cənub-Qərbi Muson mövsümü əsnasında dəniz canlıları  bu şəkildə ölmür: pizza mizza

“Bu qalıqların çoxu qərb sahillərindədir və bu isə birbaşa gəmi qəzalarının təsirini göstərir”.

Qeyd edək ki, Şri-Lankalı səlahiyyətlilər yanğının ekipajın 11 maydan bəri xəbərdar olduğu bir nitrat turşusu sızıntısından qaynaqlandığını düşünür, gəmi sahibləri də ekipajın sızıntıdan xəbərdar olduğunu təsdiqləyir.

Bu səbəblə ölkədən çıxması qadağan edilən rus kapitan dünən məhkəmə qarşısına çıxıb. Hadisə ilə əlaqədar daha 14 nəfər həbs olunub. Məhkəmə prosesinə 15 iyulda davam ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!