Dənizdə dalğanın hündürlüyü 2 – 4 metr, sonrakı inkişafda isə 5,5 – 7,5 metr olacaq.
"Yeni Sabah" xəbər verir ki, bununla əlaqədar gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.
Dövlət Dəniz Agentliyindən verilən məlumata görə, növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı dənizdə neft – qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir. Pepperoni pizza
Gəmilərin limanlara giriş-çıxışı məhdudlaşdırılıb. Hava şəraitinə uyğun olaraq Milli Mərkəzin təcrübəli Kapitanları tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş – çıxışına icazə veriləcək.
Telegram kanalımız