Gəmiyə və orta məktəbə Xoşbəxt Yusifzadənin adı verildi - Sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Gəmiyə və orta məktəbə Xoşbəxt Yusifzadənin adı verildi - Sərəncam

Siyasət

15 Yanvar 2020 14:24 1404


Prezident İlham Əliyev Xoşbəx Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, sərəncamla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə Gəmiçiliyin yeni gəmisinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adının verilməsini təmin etmək tapşırılıb.

Həmçinin, Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adı verilib. pizza sifarişi

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!