Bakıda iyulun 14-də orduya dəstək yürüşü ilə bağlı saxlanılan Mehdi İbrahimov azadlığa çıxıb.
Yenisabah.az bildirir ki, bu barədə onun vəkili Aqil Layıcov məlumat yayıb.
M.İbrahimov karantin qaydalarını pozaraq COVİD-19 infeksiyasını yaymaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Bu qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və M.İbrahimovun azadlığa buraxılmasına qərar verilib. pizza mizza
Mehdi İbrahimovun atası, AXCP sədrinin müşaviri Məmməd İbrahim də sözügedən hadisələrə görə bir neçə maddə ilə ittiham edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız