Gənc güləşçilərimiz Avropa çempionatında iki qızıl medal qazandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Gənc güləşçilərimiz Avropa çempionatında iki qızıl medal qazandı - Foto

İdman

12 Sentyabr 2021 22:08 866


Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib.

Yenisabah.az xəbər verir ki, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübarizə aparıb.

Onların ikisi yeniyetmələr, ikisi isə gənclər arasında qüvvəsini sınayıb. Sevindirici haldır ki, güləşçilərimizin hamısı Avropa çempionatında fəxri kürsüyə qalxıb. Dördpendirli pizza

Musa Ağayev Moldova təmsilçisinə tam üstünlüklə qələbə qazanaraq Avropa çempionu olub.

Fərid Cabbarov finalda yerli idmançını məğlub edərək ölkəmizə ikinci qızıl medalı gətirib.

Hüseyn Əliyev Rumıniya güləşçisiylə gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında minimal fərqlə uduzub və nəticədə gümüş medala sahib çıxıb.

Rübail İbrahimli isə Avropa çempionatının bürünc medalını qazanıb.

Beləliklə, millimiz AÇ-də uğurlu çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!