Gənc millət vəkili Emin Hacıyev ölkə prezidenti İlham Əliyevin koronavirusla mübarizə ilə bağlı çağırışına dəstək verib.
Bu haqda “Yeni Sabah”a məlumat verən deputat deyib ki, o millət vəkili kimi aldığı ilk maaşının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb. E. Hacıyev bütün iş adamlarının, vəzifəli şəxslərin və ayrı-ayrı insanların fərd olaraq bu mübarizəyə qoşulmasını yüksək qiymətləndirib: “Xalqımızın bu virusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməsi hər kəs tərəfindən alqışlanır. Düşünürəm ki, bu birlik nəticəsində koronavirus sınağından maksimum az itki ilə çıxa biləcəyik”.
Qeyd edək ki, E. Hacıyev deputat kimi aldığı ilk maaşın digər hissəsini seçildiyi 43 saylı Sumqayıt üçüncü seçki dairəsiinin ərazisində yaşayan aztəminatlı, şəhid və Qarabağ qazisi ailələri üçün Novruz Bayramı sovqatının təmin olunması məqsədi ilə istifadə edib. pizza sifarişi
Telegram kanalımız