Bir müddət əvvəl plagiata görə məhkəmə ilə hədələdiyi gənc müğənni Nurio Damla ilə barışıb.
Yenisabah.az xəbər verir ki, “7 Canlı” proqramında qonaq olan ifaçılar aralarındakı məsələyə aydınlıq gətiriblər.
Nurio Damlanı məhkəməyə verməkdən vaz keçdiyini açıqlayıb: Sezar pizza
“Damla xanım mənə zəng etdi, mahnını almaq istədiyini dedi, 3 min manat da təklif etdi. Mənsə buna razı olmadım, dedim ki, pula ehtiyacım yoxdur, mahnımı da satmıram. Daha sonra onu bloka atdım. Damla xanımın mahnımı oxuduğunu görəndə Moskvadan bilet alıb tez Bakıya uçdum. Burada onu məhkəməyə verməyi düşünürdüm.
Həmin ərəfədə adını çəkmək istəmədiyim sənət adamları mənə zəng etdi ki, Damlanın mahnısını “YouTube”dan sildirək. Onda başa düşdüm ki, bu xanımın nə qədər düşməni var. Oturdum fikirləşdim, prinsipə düşdüm, dedim, halallığını verirəm, qoy oxusun. İstəmədim kiməsə görə mahnını sildirim”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız