Gənc oğlan Milli Məclisin qarşısında intihara cəhd etdi - FOTOLAR + YENİLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

Gənc oğlan Milli Məclisin qarşısında intihara cəhd etdi - FOTOLAR + YENİLƏNİB

Kriminal

15 İyul 2020 14:48 1996


Milli Məclisin qarşısında bir vətəndaş özünü şəhid etmək üçün intihara cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sərxoş vəziyyətdə olan bir şəxs Milli Məclisin qarşısına gələrək Tovuz rayonunda Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərlə bağlı öz dəstəyini bildirmək istəyib:

“Həmin şəxs özünə xəsarət yetirərək şəhid olmaq istədiyini bildirib. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən həmin sərxoş şəxsin bu cəhdinin qarşısı alınıb. Daha sonra polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub”. pizza sifarişi

***

Milli Məclisin inzibati binasının qarşısında gənc oğlan intihara cəhd edib. 

BAKU.WS-in əldə etdiyi görüntüdə vətəndaşın özünə bıçaqla xəsarət yetirməsi əks olunub.  Onun bu əməlini hansı səbəbdən etdiyi hələlik məlum deyil. 

Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, faktla bağlı araşdırma aparılır. 

Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumat veriləcək.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!